05 iyl 10:28hadise

Bakıda 52 yaşlı kişi qohumları tərəfindən döyüldü

Bakıda 52 yaşlı kişi qohumları tərəfindən döyüldüBakının Qaradağ rayonu Səngəçal qəsəbəsində döyülmə hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1967-ci il təvəllüdlü Bəylərov Qurban Ağadadaş oğlu öz evində qohumları tərəfindən döyülüb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və burun sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisə zamanı həmçinin 50 yaşlı Aydəmirova Nəsibə Şəmi qızı da döyülüb. Ona isə döş qəfəsinin sol yarısının küt travması sınığı diaqnozu qoyulub.
XƏBƏR LENTİ
SORĞU