02 iyl 11:51hadise

Hacı Mazan ağır qəzaya düşdü

Hacı Mazan ağır qəzaya düşdüBu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un məlumatına görə, Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı Ramazan Hüseyn oğlu Zeynalovun xidməti “Range Rover”inin qəzaya uğraması nəticəsində özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin “Range Rover”in təkərinin qəfildən sıradan çıxması ucbatından baş verdiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Hacı Mazan hazırda Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya bölməsinə yerləşdirilib. O, yaxın zamanda Bakıya gətiriləcək.
XƏBƏR LENTİ
SORĞU