19 iyn 10:00hadise

Azərbaycanda 21 yaşlı qız itkin düşdü – FOTO

Azərbaycanda 21 yaşlı qız itkin düşdü – FOTODİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran rayonunun Xırdaoymaq kənd sakini, 21 yaşlı Dadaşova Nuranə Ədalət qızı 2019-cu ilin iyun ayının 8-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Dadaşova Nuranə Ədalət qızının əlamətləri belədir: Boyu 150 sm., qara saçlı, gözlərinin rəngi qəhvəyi, orta bədən quruluşludur.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şabran Rayon Polis Şöbəsinə 023-353-23-05 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
loading...
XƏBƏR LENTİ
Bu gün, 13:11
13-07-2019, 09:25
SORĞU