17 iyn 22:13hadise

Azərbaycanda dəhşətli qəza: 3 ölü, 12 yaralı

Azərbaycanda dəhşətli qəza: 3 ölü, 12 yaralıBakı-Ələt yolunda "Prado", VAZ-2107 və "Ford" markalı mikroavtobusun toqquşması nəticəsində zəncirvari qəza baş verib.

Axar.az xəbər verir ki, işçiləri daşıyan "Ford" markalı mikroavtobus dəmir maneələrə dəyərək qəza törədib.

Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonunda baş vermiş dəhşətli qəza ilə bağlı məlumat yayıb.

"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda "Toyota" markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan 5 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər", - məlumatda qeyd olunub.

Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, içərisində gəmiqayırma zavodunun işçiləri olan avtobus Səngəçaldan gələrkən qəzaya uğrayıb.

"8 nəfər Klinik Tibbi Mərkəzə, 4 nəfər Respublika Kliniki Xəstəxanasına çatdırılıb. 3 nəfər isə yolda dünyasını dəyişib", - nazirlikdən bildirilib.
loading...
XƏBƏR LENTİ
Bu gün, 13:11
13-07-2019, 09:25
SORĞU