17 iyn 10:48hadise

Bakıda küçənin ortasında öldürülən gənc kimdir?

Bakıda küçənin ortasında öldürülən gənc kimdir?İyunun 15-nə keçən gecə Bakıda küçədə öldürülən gəncin şəxsiyyəti müəyyənləşib.

Publika.az-ın məlumatına görə, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 93 ünvanının qarşısında naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülən gəncin 1997-ci il təvəllüdlü Əliyev Mehdi Əlimurad oğlu olması müəyyənləşib.

İlkin araşdırma zamanı qətlin mübahisə zəminində törədildiyi və qatilin kimliyi müəyyənləşib. Bakını tərk edən həmin şəxsin saxlanılması istiqamətində iş aparılır.

Qeyd edək ki, yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
loading...
XƏBƏR LENTİ
SORĞU