04 iyn 03:02hadise

Bərdədə YDM-ə hücum: türkiyəlilər operatoru döydülər

Bərdədə YDM-ə hücum: türkiyəlilər operatoru döydülərBərdə rayonunda iki Türkiyə vətəndaşı maye qaz doldurma stansiyasına hücum edərək operatora xəsarət yetiriblər.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən maye qaz doldurma stansiyasında qeydə alınıb.

Yerli sakinlərin bildirdiyinə görə, günorta saatlarında iki nəfər "Niva" markalı avtomobil ilə məntəqəyə gələrək oranın Akif adlı operatoruna daş və dəmir alətlə xəsarət yetiriblər.

Yaralı oğlan ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.
XƏBƏR LENTİ
Dünən, 20:43
SORĞU