02 iyn 03:03hadise

Bulvarda 2 gənc özünü dənizə atıb, biri boğulub

Bulvarda 2 gənc özünü dənizə atıb, biri boğulubDənizkənarı Milli Park ərazisində 2 nəfər özünü dənizə atıb.

ONA xəbər verir ki, Bakı şəhərinin Səbail rayonunda 2 nəfərin dənizə düşməsi barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri suya düşmüş şəxslərdən birini xilas edib, digərinin isə meyitini (şəxsiyyəti dəqiqləşdirilir) sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
XƏBƏR LENTİ
26-05-2020, 14:55
SORĞU