01 iyn 20:11hadise

Şamaxıda dəhşətli qəza: İki qardaş öldü - Video

Şamaxıda dəhşətli qəza: İki qardaş öldü - Videorayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

"Niva" markalı minik avtomobili ilə "Şaqman" markalı yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Ölənlərdən biri yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, vəziyyəti ağır olduğuna görə onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə zamanı İsmayılov Ramil (1980) və onun qardaşı Rasim dünyasını dəyişiblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.
XƏBƏR LENTİ
SORĞU