26 may 09:33hadise

Xırdalanda mənzildə çürümüş meyit aşkarlanıb

Xırdalanda mənzildə çürümüş meyit aşkarlanıbAbşeron rayonunda mənzildə çürümüş meyit aşkar edilib.

ONA-nın xəbərinə görə, rayonun Xırdalan şəhər, Qolubiyyə küçəsində yerləşən yaşayış yerində tapılan meyitin şəxsiyyəti hələlik məlum deyil.

Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Abşeron rayon Prokurorluğu və Polis İdarəsi əməkdaşları ölüm faktının səbəblərini araşdırır.

Hazırda ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində də araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU