24 may 12:15hadise

Qəza dəhşəti: anası oğlunun öldüyünü bilmir - Foto

Qəza dəhşəti: anası oğlunun öldüyünü bilmir - FotoDünən Yevlax-Xaldan yolunda baş verən dəhşətli qəza nəticəsində dünyasını dəyişən 13 yaşlı uşağın ölümündən anasının xəbəri yoxdur.

Axar.az xəbər verir ki, tələbələrin olduğu avtobusun aşması ilə nəticələnən dəhşətli qəzanın təfərrüatı məlum olub. Belə ki, qəza mikroavtobusun təkərinin çıxması üzündən baş verib.

Qəzada dünyasını dəyişən 13 yaşlı məktəbli Sevindik İmamzadə pəncərə tərəfdə, qəzaya səbəb olan təkərin üstündəki oturacaqda oturub. Hadisə zamanı məktəblinin yanında anası və xalası da olub. Maşın məktəblinin oturduğu hissədən aşdığı üçün o, başından ağır xəsarət alıb və yerindəcə dünyasını dəyişib.

Hadisə zamanı ağır yaralanan məktəblinin anası və xalası reanimasiyadadır. Məlumata görə, ananın oğlunun ölümündən xəbəri yoxdur.

Ağır vəziyyətdə olan anaya “oğlun yaxşıdır” deyərək aldadıblar.

Xatırladaq ki, "Mersedes" markalı mikroavtobus Yevlax-Xaldan-Mingəçevir yolunda hərəkətdə olan zaman idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 2 nəfər - 2006-cı il təvəllüdlü Sevindik Tamerlan oğlu İmanzadə hadisə yerində, 20 yaşlı Səadət Müzəffər qızı Musayeva isə xəstəxanada ölüb.

20-dən çox sərnişin xəsarət alıb.
loading...
XƏBƏR LENTİ
Dünən, 23:30
15-06-2019, 22:57
15-06-2019, 08:24
SORĞU