22 may 17:25hadise

Müəllimi vəhşicəsinə döyənlərdən biri həbs edildi - Rəsmi

Müəllimi vəhşicəsinə döyənlərdən biri həbs edildi - RəsmiCəlilabad rayonunda 60 yaşlı müəllimin döyülməsi ilə bağlı məlumat və video yayılıb. İddia edilir ki, müəllim məktəbdə qız şagirdlərdən birinə qarşı əxlaqsız hərəkətinə görə döyülüb. Müəllimin şagirdin yaxınları tərəfindən döyüldüyü bildirilir.

Cəlilabad Rayon Təhsil Şöbəsindən Publika.az-a bildirilib ki, hadisə barədə mətbuatdan məlumat əldə ediblər və hazırda şöbə müdiri məktəbdədir:

“Biz məlumatı öyrənən kimi polislə əlaqə saxladıq. Döyülən müəllim Uzuntəpə kənd 3 saylı məktəbdə işləyir. O, ibtidai sinif müəllimidir. Həmin şagird isə 9-cu sinifdə oxuyur. Bu vaxta qədər nə şagirdin valideynləri, nə də müəllim bu halla bağlı Təhsil Şöbəsinə müraciət edib. Biz yalnız mətbuatda yayılandan sonra hadisədən xəbər tutmuşuq. Məsələ hüquq mühafizə orqanları tərəfindən araşdırılır”.

Müəllimin şagirdə sataşdığı üçün döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə ONA-ya bildirib ki, hadisə ilə bağlı hər iki tərəfin izahatları alınıb. Lakin araşdırma zamanı həmin fakt təsdiqini tapmayıb.

"Hadisəni törədən şəxslər də yayılmış müəyyən şayiələr əsasında, anlaşılmazlıq zəminində və emosional halda müəllimi döydüklərini peşmançılıq hissi ilə etiraf ediblər və tərəflər arasında barışıq əldə olunub.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir", - O.Mansurzadə bildirib.

***

Cəlilabadda müəllimi döyən şəxslərdən biri həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, hadisəni törətməkdə təqsirli bilinən Şakir Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçib. Hazırda istintaq orqanı tərəfindən hadisənin digər iştirakçılarının məsuliyyət məsələsinə baxılır.
loading...
XƏBƏR LENTİ
16-06-2019, 23:30
15-06-2019, 22:57
SORĞU