18 may 10:09hadise

Bakıda qız yaşlı anasını döyərək evdən çölə atdı - VİDEO

Bakıda qız yaşlı anasını döyərək evdən çölə atdı - VİDEOM.Əkbərovanın biri qız, bir oğlan olmaqla əkiz övladı var

Bakının Nərimanov rayonu Rufulla Axundov küçəsində yerləşən mənzildə qızı Arzu Əkbərova tərəfindən döyülən 1966-cı il təvəllüdlü Məhbubə Əkbərova ONA-ya baş vermiş hadisənin təfərrüatı barədə məlumat verib.

Məlum olub ki, M.Əkbərovanın biri qız, bir oğlan olmaqla əkiz övladı var. O, illər öncə itkin düşən əkizlərinin tapılması üçün polisə müraciət edib. 2015-ci ildə axtarış nəticəsində qızı A,Əkbərova tapılıb. M.Əkbərova 2017-ci ildən qızının məskunlaşdığı Nərimanov rayonundakı mənzilində yaşayıb. Bu gün isə A.Əkbərova evi satacağını anasına deyərək onun bu mənzildən qeydiyyatdan çıxmasını tələb edib. Qızı ona bildirib ki, bundan sonra Türkiyədə yaşayacaq. Bundan sonra ana və qızı arasında mübahisə düşüb.

M.Əkbərova iddia edir ki, mübahisə zəminində qızı onu kibrit vasitəsilə yandırmağa çalışıb.

01:36

Nərimanov rayonu Rufulla Axundov küçəsində yerləşən mənzildə 1966-cı il təvəllüdlü Məhbubə Əkbərova qızı Arzu Əkbərova tərəfindən döyülüb.

Tərəflər arasında mübahisə mənzil üstündə baş verib.

Evindən çıxarılaraq yaxınlıqdakı parka atılan yaşlı qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, M.Əkbərova Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyində süpürgəçi işləyir. (ONA)
loading...
XƏBƏR LENTİ
Dünən, 19:21
SORĞU