13 may 17:50hadise

Bakıda şagird məktəbin 2-ci mərtəbəsindən özünü atdı

Bakıda şagird məktəbin 2-ci mərtəbəsindən özünü atdıBakıda məktəblinin yıxılması barədə yayılan məlumatlara rəsmi münasibət bildirilib.

Bakı şəhəri 273 nömrəli tam orta məktəbdən Axar.az-a verilən məlumata görə, mayın 13-ü tənəffüs zamanı, saat təxminən 11:20 radələrində məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb və bədəninin müxtəlif nahiyələrindən zədələr alıb. Dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə xəbər verilib. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
XƏBƏR LENTİ
15-11-2019, 10:45
SORĞU