11 may 09:35hadise

Şəmkirdə qəza: 10 nəfər yaralandı

Şəmkirdə qəza: 10 nəfər yaralandıŞəmkir rayonunda yol qəzası baş verib.

Report-un məlumatına görə, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində ən azı 5 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkir rayonundakı yol qəzasında 10 nəfər xəsarət alıb.

Onlardan bəzilərinin adları məlum olub.

Belə ki, hadisə zamanı Tovuz rayon sakinləri - 1995-ci il təvəllüdlü Rəhim Arif oğlu Ələkbərov, 1982-ci il təvəllüdlü Könül Fidayıl qızı Əsgərova, 1982-ci il təvəllüdlü Emin Əlixan oğlu Tağıyev və 1978-ci il təvəllüdlü Siyavuş Akif oğlu Məmmədov, o cümlədən Arzu Rüstəmov, Ruslan Hüseynov və 1992-ci il təvəllüdlü Dursun Əsgərova xəsarət alıblar.

Yaralılardan 5-i Şəmkir rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, qəzaya düşən maşınlardan biri istixanada çalışan işçiləri aparırmış.
loading...
XƏBƏR LENTİ
SORĞU