11 may 09:33hadise

Sumqayıtda dəhşətli qəza: 5 nəfər öldü - Foto

Sumqayıtda dəhşətli qəza: 5 nəfər öldü - FotoSumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, Bakı-Quba yolunun Sumqayıtın Tağıyev qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

Belə ki, "Şaqman" markalı yük maşını "Mersedes" markalı minik maşınını vuraraq üstünə çıxıb. Daha sonra minik maşını dərəyə aşıb.

Qəza nəticəsində "Mersedes"də olan 5 nəfər ölüb.

"Şaqman" markalı yük maşınının sürücüsü sükan arxasında sərxoş vəziyyətdə olub və o, digər avtomobillərin yoluna çıxıb.

Qəzadan sonra onun idarə etdiyi yük maşını da yoldan çıxıb və yaxınlıqdakı qəbiristanlığa girib. Sürücü düşüb qaçmaq istəyərkən saxlanılıb.

Məlum olub ki, "Mersedes" markalı avtomobildə olanlardan dördü iki ailə imiş və onlar Goranboy rayonundan əsgər görüşündən qayıdaraq Şabrana gedirmişlər.

Fövqəladə Hallar Nazirliyi də (FHN) ağır yol qəzası ilə bağlı məlumatında hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələrinin “Mersedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 5 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verildiyini bəyan edib.

***

Sumqayıtda baş vermiş yol qəzası nəticəsində dünyasını dəyişənlərdən 4 nəfərinin şəxsiyyəti məlum olub.

Bunlar, Şabran sakinləri - 1987-ci il təvəllüdlü Nuriyev Vidadi Mövlud oğlu, 1960-cı il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlu, 1972-ci il təvəllüdlü Məmmədov Amil Seyidbəy oğlu və 1974-cü il təvəllüdlü Musayev Saleh Xəlil oğludur.
loading...
XƏBƏR LENTİ
SORĞU