04 may 13:02hadise

Gəncədə 83 yaşlı kişi intihar etdi

Gəncədə 83 yaşlı kişi intihar etdiFaktla bağlı araşdırma aparılır

Gəncədə 83 yaşlı kişi intihar edib.

Hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan Əhməd adlı 83 yaşlı kişi evində özünü asıb. Qonşuların dediyinə görə, 1 ilə yaxındır, oğlu Rusiyada dünyasını dəyişən Əhməd kişi bununla əlaqədar stress keçirib, oğlunun ölməsinə dözə bilməyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (ONA)
XƏBƏR LENTİ
SORĞU