02 may 21:48hadise

Bakıda məktəbli bıçaqlanıb

Bakıda məktəbli bıçaqlanıbBakıda orta məktəb şagirdi bıçaqlanıb.

Avrasiya.net “Trend”ə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Süleymanov Rəhim İlham oğlu mayın 1-də qəsəbə ərazisindəki "Oba" marketin qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bıçaqlanan azyaşlının vəziyyəti ağır olduğundan onun dindirilməsi mümkün olmayıb.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Hadisənin kim tərəfindən və hansı şəraitdə bıçaqlanması ilə bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU