30 apr 10:22hadise

Bakıda qəza: sürücülər arasında dava düşdü - Video

Bakıda qəza: sürücülər arasında dava düşdü - VideoNəsimi rayonunda 3 minik avtomobili toqquşub.

ONA-nın məlumatına görə, 28 May küçəsi ilə hərəkət edən "Hunday" (“Hyundai”) markalı avtomobil yol nişanın tələbini pozaraq Rəşid Behbudov küçəsinə çıxaraq “Daevoo” və “Mersedes” markalı avtomobillərə çırpılıb.

Nəticədə “Mersedes”də olan sərnişin qadın xəsarət alıb. “Mersedes”in sürücüsü xəsarət alan qadının qəfil huşunu itirdiyini görüb, bundan hiddətlənərək “Hunday”ın sürücüsünü döyüb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Dava edən şəxslər saxlanılıb.
XƏBƏR LENTİ
SORĞU