06 apr 12:12hadise

Özünü 3-cü mərtəbədən atan şagird öldü

Özünü 3-cü mərtəbədən atan şagird öldüİntihara cəhd etdiyi deyilən 162 saylı məktəbin 8-ci sinif şagirdinin durumu kritikdir, vəziyyəti ağırlaşıb.

Bu barədə Axar.az-a hadisəni diqqətində saxlayan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, şagirdin anası dünən qızını görmək istəsə də, həkimlər onun durumunun yaxşı olduğunu bildirib və görüşə icazə verməyiblər:

“Bu gün isə anaya deyiblər ki, uşaq can üstədir”.

Bakı.vs danışan Sevil Hüseynova bildirib ki, qızının intiharına səbəb məktəbdə dəfələrlə təhqirlərə məruz qalması və alçaldılması olub.

Qeyd edək ki, 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi özünü hələ dəqiqləşməyən səbəblərdən məktəbin 3-cü mərtəbəsindən özünü atıb.

Şagird çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzinə yerləşdirilib.

***

Report-un yaydığı məlumata görə, Bakıda özünü məktəbin 3-cü mərtəbəsindən atan şagird xəstəxanada dünyasını dəyişib.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.