30 mar 20:57hadise

Sumqayıtda qayınata gəlini döyərək xəstəxanalıq etdi

Sumqayıtda qayınata gəlini döyərək xəstəxanalıq etdi32 yaşlı gəlin müxtəlif dərəcəli bədən xəsarətlər alıb.

Sumqayıt şəhərində ailə münaqişəsi zəmnində qayınata gəlini döyərək xəstəxanalıq edib.

Hadisə şəhərin 1-ci mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Nemətova Ülviyyə İlqar qızı yaşadığı 1 mk,Ev 128/34, mənzil 15-də ailə münaqişəsi zəmnində, öz qaynatası tərəfindən döyülüb. 32 yaşlı gəlin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya müraciət edib.

İlkin tibbi müayinədən sonra Ülviyyə Nemətova evə buraxılıb. Faktla bağlı araşdırma aparılır. (report)
XƏBƏR LENTİ
SORĞU