30 mar 09:01hadise

Bakıda içkili halda dava saldı, qulağını kəsdilər

Bakıda içkili halda dava saldı, qulağını kəsdilərSpirtli içki qəbul edib tanımadığı şəxslə əlbəyaxa dava salan şəxsin sonu bıçaqlanma ilə bitib.

Oxu.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Qum adası, Bağ massivində baş verib.

1978-ci il təvəllüdlü Mustafayev Azad Nurəddin oğlu şəxsiyyəti hələlik məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sağ yarısının kəsilmiş-deşilmiş yaraları, sol qulağın kəsilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta-ağırdır.

Analoji hadisə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi 6-cı mədənin yaxınlığında baş verib.

2002-ci il təvəllüdlü Məmmədov Taleh Nadir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda vəziyyəti orta-ağırdır.

Hər iki faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU