29 mar 07:48hadise

“BakuBus” avtobusu qəzaya uğradı: Xəsarət alanlar var

“BakuBus” avtobusu  qəzaya uğradı: Xəsarət alanlar varBakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Avrasiya.net ONA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Nərimanov rayonunda olub.

Metronun Gənclik stansiyasının yaxınlığında “BakuBus” MMC-yə məxsus 13 nömrəli marşut xətti üzrə hərəkət edən "İVECO" "Mercedes" markalı avtomobillə toqquşub.

Nəticədə avtobusda olan sərnişinlər 1978-ci il təvəllüdlü Rzayev Tariyel Əlisərdar oğlu və 1975-ci il təvəllüdlü Hacıyev Rövşən Məmməd oğlu müxtəlif bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, T.Rzayev sınıq xəsarətləri aldığından reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırılır.
XƏBƏR LENTİ
SORĞU