02 mar 09:26hadise

Arvadını öldürdü, qayınanasını baltaladı, evi yandırdı - FOTO

Arvadını öldürdü, qayınanasını baltaladı, evi yandırdı - FOTOBərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Report-un məlumatına görə, rayonun Kətəlparaq kəndində yerli sakin qayınatasıgilə gedərək, orada balta ilə 27 yaşlı həyat yoldaşı Nəvat Qurbanovanı qətlə yetirib.

O, daha sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib. Bununla da kifayətlənməyən şəxs evə od vuraraq, 6 yaşlı övladını da götürərək, oradan uzaqlaşıb. Yaralı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Reanimasiya şöbəsində olan qadının vəziyyəti ağırdır.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU