01 mar 21:15hadise

Bərdədə kütləvi dava: xəsarət alan var

Bərdədə kütləvi dava: xəsarət alan varYaralı ətrafda olan insanların köməyi ilə xəstəxanaya çatdırılıb.

Bərdə rayonunda baş verən kütləvi davada bir nəfər ağır xəsarət alıb.

Hadisə bir neçə nəfər arasında rayonun mal bazarında qeydə alınıb.

Hadisə zamanı Ağdam rayon sakini Vüsal İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı ətrafda olan insanların köməyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına, vəziyyəti ağır olduğu üçün daha sonra Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə göndərilib. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı araşdırma aparılır. (report)
XƏBƏR LENTİ
SORĞU