25 fev 12:50hadise

Balakəndə bələdiyyə sədri barəsində cinayət işi başlanıb

Balakəndə bələdiyyə sədri barəsində cinayət işi başlanıbBalakən rayonu Qabaqçöl bələdiyyəsinin sədri Məhəmməd Qadayev barəsində cinayət işi başlanıb.

ONA-nın verdiyi xəbərə görə, M.Qadayev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313 (Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünü idarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri ilə ittiham edilir.

İstintaqla müəyyən edilib ki, M. Qadayev vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq surətdə kənara çıxan hərəkətlər etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşıb.
XƏBƏR LENTİ
SORĞU