24 fev 10:37hadise

Yardımlıda kütləvi dava: bıçaqlananlar var

Yardımlıda kütləvi dava: bıçaqlananlar varYardımlıda baş verən kütləvi dava zamanı bıçaqlanan iki nəfər Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

"Report"un verdiyi xəbərə görə, rayonun Ləzran kənd sakinləri - 1996-cı il təvəllüdlü İbrahim Zakir oğlu Mirzəyev və 1989-cu il təvəllüdlü Pərvin Rafiq oğlu İsgəndərov bıçaq xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların hər ikisinə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. İlkin tibbi yardımlar göstərilib. Hələlik vəziyyətləri kafidir.

Qeyd edək ki, dünən Yardımlı rayonunda kütləvi dava olub. Hadisə zamanı 5 nəfərin xəsarət aldığı, onlardan bir nəfərin, Bəhruz adlı gəncin Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparıldığı, lakin onun həyatını xilas etməyin mümkün olmadığı bildirilir. Daha iki nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda 1992-ci il təvəllüdlü Teymur Əlihüseynov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicə olunur. Vəziyyəti daha ağır olan digər yaralının həmin xəstəxanadan Bakıya göndərildiyi bildirilir.

Yardımlı Rayon Polis Şöbəsindən davanın nə səbəbdən baş verdiyi və zərərçəkənlərin dəqiq sayının araşdırıldığı bildirilib. Əldə etdiyimiz məlumata görə, kütləvi davada iştirak edənlərin bir neçəsi yaxın qohumlardır. Hadisə it boğuşdurulması yarışından sonra baş verib.
XƏBƏR LENTİ
SORĞU