23 fev 10:16hadise

İtkin düşən 58 yaşlı kişinin meyiti tapıldı

İtkin düşən 58 yaşlı kişinin meyiti tapıldıHüseynov Firudin Əli oğlu Şəmkir rayonunda itkin düşmüşdü.

Şəmkir rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

Fövqaladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, gecə saatlarında “112” qaynar telefon xəttinə 1961-ci il təvəllüdlü Hüseynov Firudin Əli oğlunun Şəmkir rayonunun Aşağı Seyfəli kəndində, dağlıq ərazidə naməlum şəraitdə itkin düşməsi haqqında məlumat daxil olub.

Məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Axtarış işləri nəticəsində bu gün səhər satlarında F.Hüseynovun meyiti tapılıb.

Hazırda meyitin dağdan endirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.
XƏBƏR LENTİ
SORĞU