22 fev 13:28hadise

Sərnişin mikroavtobusu qəzaya düşüb: Ölən və yaralananlar var

Sərnişin mikroavtobusu qəzaya düşüb: Ölən və yaralananlar varSabirabad rayonunda sənişin mikroavtobusu qəzaya düşüb.

Hadisə rayonun Qaratəpə kəndi ərazisində baş verib.

Belə ki, “Ford” markalı sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 1-i ölüb, 4-ü ağır bədən xəsarətləri alıb.

Hadisə zamanı Beyləqan rayonunun Dünyamalılar kənd sakini, 1975-ci il təvəllüdlü Fuad Hidayət oğlu Şükürov hadisə yerində ölüb.

Yaralılar:

1975-ci il təvəllüdlü Orucov Kənan Əli oğlu,
1962-ciil təvəllüdlü Rzayev Nadir Əsgər oğlu,
1997-ci il təvəllüdlü Quliyeva Səidə Əşrəf qızı,

Yaralılar Sabirabad Rayon və Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan birinin şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (Report)
XƏBƏR LENTİ
SORĞU