21 fev 17:58hadise

Ordumuz düşmən dronunu məhv etdi - Foto

Ordumuz düşmən dronunu məhv etdi - FotoATƏT-in Minsk qrupu həmsədrinin Azərbaycana səfəri çərçivəsində fəaliyyətini həyata keçirdiyi bir vaxtda Ermənistan tərəfi növbəti təxribat törədib.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, fevralın 21-i günorta saatlarında cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmən PUA-sı dərhal aşkarlanaraq zərərsizləşdirilib.
XƏBƏR LENTİ
SORĞU