16 fev 07:22hadise

Azərbaycanda məktəblilər araqdan zəhərləndi

Azərbaycanda məktəblilər araqdan zəhərləndiTovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

Report-un məlumatına görə, rayon sakinləri olan 16 yaşlı iki gənc alkoqollu içkidən zəhərlənib.

Onlardan biri içkinin təsirindən bir müddət şoka düşüb. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, hər iki gənc məktəblidir və eyni sinifdə oxuyurlar. Məktəblilərin zəhərlənmələrinə səbəb isə alkoqollu içkini normadan artıq qəbul etmələri olub.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU