15 fev 06:51hadise

Bakıda 58 yaşlı qadın itkin düşdü

Bakıda 58 yaşlı qadın itkin düşdüO, fevralın 11-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bakıda daha bir qadın itkin düşüb.

Bu barədə Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə Xətai rayonu, Nobel prospekti, ev 186, mənzil 7-də yaşayan, 1997-ci il təvəllüdlü Aygün Həsənli müraciət edib.

A.Həsənli bildirib ki, onunla birgə eyni ünvanda yaşayan anası, 1961-ci il təvəllüdlü İlduzə Həsənova fevralın 11-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanıb. (trend)
XƏBƏR LENTİ
SORĞU