14 fev 16:33hadise

Şəmkir sakini "Sevgililər günü"ndə arvadını və qayınanasını baltaladı

Şəmkir sakini "Sevgililər günü"ndə arvadını və qayınanasını baltaladıŞəmkir rayonunda kişi həyat yoldaşı və qayınanasına balta ilə xəsarət yetirib.

"Report"un məlumatına görə, hadisə Kür qəsəbəsində 1957-ci il təvəllüdlü Nailə Eyyubovanın evində qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini, 1987 təvəllüdlü Elnur Cəfərov qısqanclıq zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü İlahə Cəfərova və qayınanasına baş nahiyəsindən balta ilə xəsarət yetirib. Hər iki yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU