14 fev 15:59hadise

Bakıda 2 qadının meyiti tapıldı

Bakıda 2 qadının meyiti tapıldıBu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub.

Avrasiya.net nazirliyə istinadən xəbər veruir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açmış və orada aşkarlanan 1957-ci il təvəllüdlü Allahverdiyeva Şahnaz Allahverdi qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bundan başqa Bakı şəhərinin Səbail rayonunda dənizə düşmüş 1968-ci təvəllüdlü Zeynalova Qəşəng Nürəddin qızının axtarışları başa çatıb. Q. Zeynalovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU