10 fev 13:41hadise

Beyləqanda ağır qəza: 3 yaşlı uşaq öldü

Beyləqanda ağır qəza: 3 yaşlı uşaq öldüDünən gecə saatlarında Beyləqan rayonunda ağır qəza baş verib.

Sputnik.az xəbər verir ki, Bakı-Horadiz magistralının Beyləqanın Aşıqalılar kəndindən keçən sahəsində “Ford Tranzit” markalı maşın yol kənarənda dayanmış KAMAZ markalı yük avtomobilini vurub.

Nəticədə "Ford"da olan 3 yaşlı oğlan hadisə yerində dünyasını dəyişib. Onun cəsədi tibbi ekspertiza üçün Beyləqan Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.

Həmçinin məlum olub ki, "Ford"da Elbrus adlı şəxs ailəsi ilə N saylı hərbi hissəyə qardaşı oğlunun andiçməsi mərasiminə gedirmiş.
XƏBƏR LENTİ
SORĞU