08 fev 21:10hadise

Göyçayda kanaldan qadın meyiti tapıldı - FOTO

Göyçayda kanaldan qadın meyiti tapıldı - FOTOGöyçay rayonunda su kanalından qadın meyiti tapılıb.

Publika.az xəbər verir ki, meyit bu gün səhər saatlarında Şirvan kanalının rayonun Cəyirli kəndindən keçən hissəsində aşkar edilib. Meyit yaxınlıqdakı insanların köməkliyi ilə sudan çıxarılıb.

Onun Göyçay şəhər, Qantəmir küçəsində qeydiyyatda olan, 1958-ci il təvəllüdlü Şəhla Abdullayeva olduğu müəyyənləşib.

Qadının ruhi xəstə olduğu və ailə qurmadığı bildirilir.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU