07 fev 19:35hadise

Gəncədə 46 yaşlı qadın dəmir köşkün altında qalaraq ölüb

Gəncədə 46 yaşlı qadın dəmir köşkün altında qalaraq ölübGəncədə qadın dəmir köşkün altında qalaraq ölüb.

“Qafqazinfo”nun verdiyi məlumata görə, hadisə şəhərin Qəmərli küçəsində qeydə alınıb. Mişar daşlarının üzərinə qoyulan dəmir konstruksiyalı köşk şəhər sakini 1973-cü il təvəllüdlü Qəhrəmanova Aytəkin Həmdəm qızının üzərinə aşıb. Bədən xəsarətləri alan qadına yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU