06 fev 08:02hadise

Azərbaycanda zəlzələ - dağıntılar, xəsarət alanlar var

Azərbaycanda zəlzələ - dağıntılar, xəsarət alanlar varAzərbaycanda güclü zəlzələ olub.

Yeraltı təkanlar Ağsu rayonunda olub. Bu barədə yerli sakinlər sosial şəbəkədə yazıb. Yeraltı təkanların 5-6 bal arasında olduğu təxmin edilir.

Zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəldiyi də bildirilir. Zəlzələ bölgələrlə yanaşı, paytaxt Bakıda da hiss olunub.

Təbii fəlakətlə bağlı rəsmi məlumat hələ ki, yoxdur.

Bu gecə Şamaxı rayonunda da zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub.

Dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

ETSN-in məlumatına görə, yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.

Şamaxı rayonunda təbii fəlakət nəticəsində baş vermiş dağıntılarla əlaqədar fövqəladə komissiya yaradılıb.

Report xəbər verir ki, daha çox dağıntı rayonun Qaybuğurt, Qızmeydan və Nağaraxana kəndlərində qeydə alınıb.

Həmin kəndlərdə səyyar tibb məntəqələri qurulub. Dağıntılar zamanı xəsarət alanların sayının artdığı və onların əksəriyyətinə ambulator yardım göstərildiyi bildirilir.

Təhlükəsizliyə görə dağıntı baş vermiş ərazilərdə qazın verlişi tamam dayandırılıb.

Bir müddət öncə isə rayonun bəzi yerlərində elektrik enerjisində baş vermiş fasilə aradan qaldırılıb.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumatına görə, yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.

Fevralın 5-də yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 kilometr cənubda - Ağsu ərazisində d' 4,4 bal gücündə zəlzələ qeydə alınıb.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələnin ocağının 10 kilometr dərinlikdə yerləşdiyini, episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bala qədər hiss olunduğunu bildirib.

Həmçinin saat 23:37-də Pirqulu stansiyasından 8 kilometr qərbdə - Ağsu ərazisində 3,4 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin ocağı 11 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov İsmayıllı rayonu ərazisində yerli vaxtla saat 23:20 və 23:32-də iki yeraltı təkan qeydə alındığını açıqlayıb.

Respublika Seysmoloji Xidmət Mərkəzi isə zəlzələnin yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı ərazisində qeydə alındığını, episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunduğunu açıqlayıb.

Fövqəladə Hallar Nazirliyi İsmayıllıda baş verən zəlzələ ilə əlaqədar məlumat yayıb.

FHN-dən verilən məlumata görə, Azərbaycan Milli Elimlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət mərkəzinin məlumatına əsasən, 05.02.2019-cu il tarixində saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərbdə, İsmayıllı rayonu ərazisində, 8 km dərinlikdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

Qeyd olunan ərazilərdə zəlzələ nəticəsində dəymiş ziyan araşdırılır.
XƏBƏR LENTİ
SORĞU