04 fev 07:34hadise

Baş redaktor komaya düşüb - Beyninə qan sızıb

Baş redaktor komaya düşüb - Beyninə qan sızıbTanınmış jurnalist komaya düşüb. Avrasiya.net xəbər verir ki, Natiq Qocamanın durumu hazırda çox ağırdır. Belə ki, fevralın 1-i axşam saatlarında insult diaqnozu ilə jurnalist Natiq Qocaman təcili tibbi yardım vasitəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") yerləşdirilib.

Oradakı şərait uyğun olmadığı üçün xəstə bir neçə saat sonra Mərkəzi Klinik Xəstəxanasına köçürülüb. 72 saatdır komada olan Natiq Qocamanın durumu hazırda çox ağırdır. Beyninə qan sızdığı bildirilir.

Məlumata görə, N.Qocamanın həyat yoldaşı Könül Aypara onun vəziyyətinin bu qədər ağırlaşmasını "Semaşko" xəstəxanasındakı vəziyyətin bərbad olması ilə əlaqələndirir.

Qeyd edək ki, Mediapress informasiya portalının baş redaktoru, “Tərəqqi” medallı Natiq Qocaman uzun müddət "Oxu məni" qəzetinin baş redaktoru olub.
XƏBƏR LENTİ
SORĞU