28 yan 12:02hadise

Qadının evində başını kəsdilər

Qadının evində başını kəsdilərBakının Xətai rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun İ.İsmayılov küçəsindəki evlərdən birində 1936-cı il təvəllüdlü Patimat Kudjayeva qətlə yetirilib.

Qadın tənha yaşayıb. Onun meyitini hüquq-mühafizə orqanlarının əməkdaşları evində aşkarlayıb.

Patimat Kudjayev boğaz nahiyəsindən kəsilərək öldürüldüyü məlum olub.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam edir.
XƏBƏR LENTİ
Dünən, 08:10
20-09-2019, 14:39
20-09-2019, 14:21
SORĞU