28 yan 08:23hadise

Biləsuvarda ağır qəza: 3 ölü, 2 yaralı

Biləsuvarda ağır qəza: 3 ölü, 2 yaralıBiləsuvar rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobus İrandan geri qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU