27 yan 12:26hadise

Faciəvi şəkildə ölən deputat oğlu dəfn edildi

Faciəvi şəkildə ölən deputat oğlu dəfn edildiMillət vəkili Əsabil Qasımovun İsveçrədə qış turizm mərkəzində faciəvi şəkildə vəfat edən 29 yaşlı oğlu Elçin Qasımovun cənazəsi Azərbaycana gətirilib.

E.Qasımovun cənazəsinin gətirilməsi üçün Azərbaycandan İsveçrəyə çarter reysi ilə təyyarə göndərilib və dünən günün ikinci yarısında təyyarə Bakıya enib. Ə.Qasımovun bədbəxt hadisə nəticəsində vəfat edən oğlu günün sonunda "Qurd qapısı" məzarlığında dəfn edilib.

Dəfn mərasimində mərhumun ailə üzvləri, deputatlar iştirak edib.

Mərhumun 3 mərasimi yanvarın 28-də Heydər məscidində keçiriləcək.

Qeyd edək ki, Ə.Qasımovun oğlu Elçin Qasımov yanvarın 23-də İsveçrədə qış turizm mərkəzində bədbəxt hadisə nəticəsində vəfat edib.
loading...
XƏBƏR LENTİ
SORĞU