26 yan 14:04hadise

Azyaşlını qəbiristanlığa aparıb zorladı - Göygöldə

Azyaşlını qəbiristanlığa aparıb zorladı - GöygöldəGöygöl rayonunda azyaşlı oğlana təcavüz etməkdə təqsirli bilinən Daşkəsən rayon sakini, 1998-ci il təvəllüdlü Bəhram Məlikovun cinayət işinə baxılıb.

Publika.az xəbər verir ki, istintaq orqanın gəldiyi nəticəyə görə, Bəhram Məlikov 30 yanvar 2017-ci ildə, saat 17 radələrində həmkəndlisi, 2005-ci il təvəllüdlü Namil Rzayevi Göygöl rayonu Bəhrəmbəy kəndində məktəbin yaxınlığında yerləşən mağazanın qarşısında görüb.

Avtomobildə gəzdirmək adı ilə aldatdı


Bu zaman Bəhram idarə etdiyi "VAZ-2106" markalı avtomobilə Namili gəzdirmək adı ilə aldadıb. O, azyaşlını maşına mindirərək sürüb. Avtomobildə hərəkətdə olarkən Bəhram Nailə qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib.

Lakin Nail onun bu təklifini qəbul etməyib. Bu zaman Bəhram azyaşlını döyməklə hədələyib və avtomobilini həmin kəndin qəbiristanlığının yanına sürüb.

Qəbristanlıqda əxlaqsızlıq


Bəhram orada avtomobili saxlayaraq avtomobildən düşüb. Sonra öz şalvarını soyunaraq Naimilə yenidən qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib.

Namil Bəhramın təklifini bu dəfə də qəbul etməyib. Bu vaxt Bəhram Namili avtomobildən zorla düşərək, onun şalvarını soyundurub.

Avtomobildə cinsi əlaqə


Daha sonra Bəhram Nailə qarşı əxlaqsız hərəkətlər edib, sonra yenidən onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib.

Bu dəfə də Nail Bəhramın təklifini rədd edib, bu zaman o, Bəhramın zorakılığı ilə üzləşib. Bəhram niyyətini həyata keçirmək məqsədilə Naili zorla avtomobilin arxa oturacağına uzadaraq, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Oğlu təcavüzə məruz qalan anadan şikayət


Həmkəndlisinin təcavüzünə məruz qalan Nail evlərinə gəlib və Bəhram tərəfindən başına gətirilən oyunu anasına danışıb. Oğlu təcavüzə məruz qalan ana polisə şikayət edib. Şikayət əsasında Bəhram Məlikov həbs edilib.

İstintaq orqanı tərəfindən Bəhram Məlikovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Bəhram Məlikovun barəsində toplanan material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elmin Rüstəmovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Azyaşlı cinsi əlaqədə olmaq təklifi ilə razılaşıb?


Araşdırma aparılan zaman istintaq orqanını tərtib etdiyi ittiham tamamilə dəyişdirilib. Hökmdə qeyd olunub ki, Bəhram Məlikov Namil Rzayevə qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif edib.

Namil də onun təklifi ilə razılaşıb və bundan sonra onlar birlikdə avtomobillə Göygöl rayonunun Bəhrəmbəy kənd qəbirstanlığının yanına gəliblər. Orada Bəhram Namil ilə qeyri təbii yolla cinsi əlaqədə olub, on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər edib.

Maddə dəyişdirildi, cəza 3 il oldu


Hökmə görə, Bəhram Məlikova Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə insi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham verilib.

Məhkəmənin hökmü ilə Bəhram Məlikov 3 il müddətinə azadıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Prokurordan şikayət


Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Bəhram Məlikova Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ittiham verilməsini, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən yuxarı həddində cəza təyin olunmasını xahiş edib.

Bəhram Məlikovun vəkili də apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Hər iki tərəfin şikayəti Gəncə Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim Elçin Xasməmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, prokurorun və təqsirləndirilən şəxsin vəkilinin şikayəti təmin olunmayıb.

“Uşaqbaz”ın işi yenidən araşdırılacaq


Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib. O, Gəncə Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı işin yenidən apelyasiya instansiyasında araşdırılmasını istəyib.

Prokurorun bu şikayətinə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrlik etdiyi kollegiyada baxılıb. Prokurorun protestini araşdıran hakim heyəti sonda qərar elan edib.

Prokurorun protesti təmin edilib, Gəncə Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib. İşin yenidən apelyasiya instansiyasında araşdırılması qərara alınıb.

Bu səbəbdən iş materialları araşdırılması üçün yenidən Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

Yaxın günlərdə bu iş üzrə yenidən apelyasiya instansiyasında məhkəmə başlanacaq.
XƏBƏR LENTİ
Dünən, 17:10
SORĞU