25 yan 14:28hadise

Azərbaycanda arvadını öldürən şəxsin ŞOK MƏKTUBU: Bunu əvvəl etməli idim...

Azərbaycanda arvadını öldürən şəxsin ŞOK MƏKTUBU: Bunu əvvəl etməli idim...İsmayıllı rayonunda 65 yaşlı arvadını əvvəlcə balta ilə başından vurub sonra isə iplə boğaraq öldürən kişinin meyiti tapılıb.

Təxminən bir ay əvvəl rayonun Gəraybəyli kəndində yaşayan 1954-cü il təvəllüdlü Əzizə Axundova Gülməmməd qızının meyiti evindən tapılmışdı. İstintaq zamanı məlum olmuşdu ki, onu əri, 1944-cü il təvəllüdlü Axundov Hacıalı Qasım oğlu öldürüb. H.Axundov qətli törətdikdən sonra evdən gedib və istintaqdan yayınmışdı. Dünən isə kişinin meyiti rayonda yerləşən Aşıqbayramlı gölündə tapılıb. İlkin məlumata görə, H.Axundov intihar məqsədi ilə özünü gölə ataraq öldürüb.

H.Axundov qətli törətdikdən sonra məktub yazaraq evdə stolun üstünə qoyub və orada qeyd edib: “Mən bunu 30-40 il əvvəl etməli idim, ancaq uşaqlarım körpə olduğundan etmədim. İndi isə uşaqları bir yanlıq etmişəm, buna məcburam, etməliyəm”.(Qafqazinfo)
loading...
XƏBƏR LENTİ
SORĞU