20 yan 13:19hadise

Balakəndə 31 yaşlı kişi başından bıçaqlandı

Balakəndə 31 yaşlı kişi başından bıçaqlandıBalakən rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu gecə saat 00:03 radələrində rayonun 1988-ci il təvəllüdlü Xalatala kənd sakini Heltayev Ruslan Əli oğlu başın təpə hissəsinin kəsilmiş yarası ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı məlum olub ki, R.Heltayev həmkəndlisi ilə yeyib-içən zaman aralarında mübahisə düşüb. Bu zaman içkili vəziyyətdə olan qarşı tərəf əlində olan bıçaqla onun başına xəsarət yetirib. Yaralı başında cərrahiyyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

R.Heltayevi bıçaqlayan şəxs Balakən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)
XƏBƏR LENTİ
SORĞU