18 yan 10:35hadise

33 yaşlı kişi özünü öldürüb

33 yaşlı kişi özünü öldürübAbşeron rayonunda intihar hadisəsi baş verib.

Yanvarın 17-də Saray qəsəbəsində yaşayan 33 yaşlı kişi özünü öldürüb. Belə ki, qəsəbənin M.Hüseynzadə küçəsində həyət evində yaşayan 1985-ci il təvəllüdlü Muxtarov Cavad Tapdıq oğlu özünü həyətində yerləşən anbarda asaraq öldürüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.(qafqazinfo.az)
XƏBƏR LENTİ
SORĞU