13 yan 15:06hadise

Ata maşınla azyaşlı oğlunun üstündən keçdi

Ata maşınla azyaşlı oğlunun üstündən keçdiQubada dəhşətli hadisə baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, raynunun Barlı kəndində 2014-cü il təvəllüdlü Vəliyev Rəvan Bəhərçin oğlu atasının sürdüyü “Qazel”markalı avtomobilin altında qalaraq dünyasını dəyişib.

Belə ki, uşağın atası Bəhərçin Vəliyev “Qazel”markalı maşını həyətdən çıxararkən 5 yaşlı oğlunun orada oynadığını görməyib və onun üstündən keçib. Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə Quba Rayon Prokurorluğunun əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.
loading...
XƏBƏR LENTİ
SORĞU