10 yan 14:26hadise

Qubada ağır qəza: 3 ölü, 1 yaralı - Foto

Qubada ağır qəza: 3 ölü, 1 yaralı - FotoQuba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zaman 3 nəfər faciəvi şəkildə ölüb.

Ölənlər:

Xaçmaz rayon sakinləri -

Coşqun Kamil oğlu Qasımov,

Zakir Eldəniz oğlu Abasov,

Nahid Teymur oğlu Məmmədov.

Faktla bağlı araşdırmalara başlanılıb.
loading...
XƏBƏR LENTİ
Dünən, 16:30
24-06-2019, 15:00
SORĞU