03 yan 13:59hadise

Tanınmış jurnalistin evi qarət edildi

Tanınmış jurnalistin evi qarət edildiAbşeron rayonunda Teleqraf.com saytının müxbiri Hacı Zeynalovun evi qarət edilib.

Axar.az xəbər verir ki, Saray qəsəbəsində olan fərdi evdən “Grundig” markalı televizor, ətçəkən maşın, pul və rəsmi sənədlər oğurlanıb.

Ümumilikdə jurnalistə 1425 manat ziyan dəyib.

Hadisə ilə bağlı jurnalist Daxili İşlər Nazirliyinin "102 zəng” xidmətinə məlumat verib.

Hadisə yerinə Abşeron rayon Polis İdarəsinin müstəntiqi, kriminalistlər və sahə müvəkkili gəlib. Hadisə yerində müayinə aparılıb, jurnalistin ifadəsi alınıb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə cinayət işi başlanıb.

Oğurluğu kimin törətdiyi məlum deyil.

Abşeron polisi oğurluğu törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görür.
XƏBƏR LENTİ
SORĞU