02 yan 10:22hadise

Saatlıda maşın kanala düşüb, 27 yaşlı sürücü boğularaq ölüb

Saatlıda maşın kanala düşüb, 27 yaşlı sürücü boğularaq ölübBu gün günorta saatlarında Saatlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Saatlı rayonun Xanlarkənd kənd sakini 27 yaşlı Rövşən Elşad oğlu Həsənov özünə məxsus 90-ML-015 dövlət nömrə nişanlı VAZ-21015 markalı avtomaşını kənddən keçən Böyük arx suvarma kanalına aşırıb.

Hadisə nəticəsində suya düşən maşının içərisində qalan sürücü boğularaq ölüb. Onun 4 ay əvvəl toyu olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU