22 dek 16:20hadise

İsmayıllıda 65 yaşlı qadını boğub öldürdülər

İsmayıllıda 65 yaşlı qadını boğub öldürdülərBakı sakini olan 65 yaşlı qadın İsmayıllıda qətlə yetirilib.

Report-un məlumatına görə, rayonun Gəraybəyli kəndində Bakı şəhər sakini, 1953-cü il təvəllüdlü Əzizə Axundovanın meyiti onun həmin kənddə yerləşən evinin həyətində tapılıb.

Müayinə zamanı qadının kəndirlə boğularaq və baş nahiyyəsinə küt alətlə vurulması nəticəsində qətlə yetirildiyi məlum olub. Qətli törədən şəxs və ya şəxslər Ə.Axundovanın meyitini evin həyətində kol-kosun arasında gizlədiblər.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
XƏBƏR LENTİ
SORĞU